PKK rəhbərlərindən biri məhv edildi
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı) İraqın şimalında PKK terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib.
Demedia.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, Sebahat Ormanlı adlı terrorçu beynəlxalq axtarışda olub. O, bir sıra şəhərlərdə terror hücumlarının keçirilməsi, eləcə də, meşə yanğınlarının törədilməsi ilə bağlı təlimatlar verib.
Məlumata görə, o, PUA ilə keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilib.