Dəhşətli Günəş PARTLAMASI XƏBƏRDARLIĞI – Dünyanın sonu GƏLİR?
Günəş partlamasına görə elektrik və internetin kəsiləcəyi ilə bağlı xəbərlər yayılıb.
Məlumatlara görə, 2024-cü ilin aprelində Günəş sistemində böyük partlayış baş verəcək. Bu isə kainata və insanların səhhətinə təsirsiz ötüşməyəcək. Qeyd edək ki, indiyə qədər bir çox proqnozlarının reallaşdığı bilinən "Simpsonlar" cizgi filmində də gələn il sözügedən təhlükəli hadisənin baş verəcəyi öz əksini tapıb.
Bəs, doğurdan da önümüzdəki il Günəşdə partlayış baş verə bilərmi?
Coğrafiya elmləri doktoru Rza Mahmudov Bizim.Media-ya bildirib ki, bu xəbərlər ancaq sensassiya yaratmaq məqsədilə yayılır:
"Günəşdə vaxtaşırı olaraq qasırğalar baş verir. Həmin partlayışlar zaman-zaman kosmik kainata yayılır. Bu, həmişə olub və olacaq. Maqnit qasırğasının dünyadakı elektrikə təsiri çox nadir hallarda baş verə bilər. Dırnaqarası məlumatları yayan, sensasiyanı sevən tədqiqatçılar çoxdur. Bu kimi məlumatları aidiyyəti sahə üzrə alimlərdən soruşub öyrənmək lazımdır.
Yadınızdadırsa, deyirdilər ki, 2012-ci ildə dünyanın sonu olacaq. Bu məlumatların yayıldığı vaxtda da mən deyirdim ki, hamısı boş söhbətlərdir. Belə şeylər insanları panikaya salmaq üçündür".