Qasırğa nəticəsində azı 13 nəfər həlak olub
Argentinanın Atlantik okeanı sahilindəki Baiya Blanka şəhərində fırtınalar nəticəsində ən azı 13 nəfər həlak olub.
Güclü külək içərisində çox sayda insanın olduğu idman zalının dam örtüyünü uçurub.
Məlumata görə, hələ də dağıntılar altında qalanlar var.
Yerli hakimiyyət şəhərdəki vəziyyəti fəlakətli adlandırıb və insanlardan küçəyə çıxmamağı xahiş edib.
Səlahiyyətlilərin məlumatına görə, küləyin sürəti 140 km/saata çatıb. Meteoroloqlar havanın tezliklə düzələcəyini gözləyirlər.(oxu.az)