İrəvanda yeni müharibə qorxusu: Ermənistanın sonu yaxınlaşır
“Hər şey müharibəyə doğru gedir. Regindakı ölkələr arasında təsir zonası və ərazilər uğrunda mübarizənin dayanacağına ümid etmək sadəlövhlükdür”.
Demedia.az xəbər verir ki, bu barədə Ermənistanda “Rodina” partiyasının mətbuat katibi, hüquqşünas Sos Akopyan deyib.
Onun sözlərinə görə, Bakı və İrəvan arasında son razılaşmadan sonra Paşinyanın bunu “sıfır nöqtəsi” adlandırması Ermənistanın sonunu gətirir.
“Baş nazirin məntiqi Ermənistanın özünü məhv edir. Çünki Ermənistan acınacaqlı vəziyyətdədir, danışıqlar prosesində daim geri çəkilir, belə olanda Azərbaycan ancaq irəliləmək haqda düşünür”, - o deyib.