Aİ Türkiyəyə qarşı daha sağlam və ədalətli mövqe tutmalıdır - Hakan Fidan



 15:02 18.12.2023     323

Türkiyə Avropa İttifaqından (Aİ) ölkənin təşkilata üzvlüyü məsələsinə daha sağlam və ədalətli yanaşma, həmçinin Gömrük İttifaqı çərçivəsində münasibətlərin yenilənməsi və viza rejiminin sadələşdirilməsi ilə bağlı sürətli addımlar gözləyir.

Demedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığında deyib.

“Nazir Hakan Fidan bildirib ki, Aİ Türkiyəyə qarşı daha sağlam və ədalətli mövqe tutmalıdır. O, həmçinin qeyd edib ki, Türkiyə Aİ-dən Gömrük İttifaqının yenilənməsi, investisiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi kimi məsələlərdə tezliklə konkret addımlar atmasını gözləyir” , - Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.