KTMT gələn il 7 hərbi təlim keçirməyi planlaşdırıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2024-cü ildə 7 hərbi təlim keçirməyi planlaşdırır.
Demedia.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqulu Tasmaqambetov qurumun Parlament Assambleyası Şurasının 16-cı plenar iclasında bildirib.
Onun sözlərinə görə, 7 hərbi təlim Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazilərində keçiriləcək.
Qeyd edək ki, KTMT-nin bu toplantısına Ermənistanın nümayəndəsi qatılmayıb.