Bu türk dövlətinin bayrağı dəyişdi - FOTO



 09:45 20.12.2023     198

Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib.

Demedia.az  bu barədə TASS-a istinadən xəbər verir.

Dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib.

Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış edib.

Dekabrın ortalarında isə Qırğızıstan Prezidenti Sadır Japarov bildirmişdi ki, spikerə bayrağın dəyişdirilməsini məhz onun özü təklif edib.

1