Çində zəlzələ qurbanlarının sayı artdı



 10:00 20.12.2023     287

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata əsasən, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər qərbindəki Tsinxay əyalətində ölüb.

Qeyd edək ki, Çinin şimal-qərbindəki Qansu əyalətində Pekin vaxtı ilə dekabrın 19-u gecə yarısı maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.