Rusiyada Paşinyanın MDB sammitinə qatılacağına ümid edirlər
Rusiyada Ermənistanın baş naziri Nikol Paşinyanın MDB-nin Sankt-Peterburqda keçiriləcək sammitinə qatılacağını gözləyirlər.
Demedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
“Biz dəfələrlə bütün məsələləri sakit şəkildə həll etməyə hazır olduğumuzu açıqlamışıq”, - o vurğulayıb.
Qeyd edək ki, MDB-nin sammiti dekabrın 25-26-da Sankt-Peterburq şəhərində keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin quruma üzv olan bütün ölkələrin liderlərini zirvə toplantısına dəvət edib.