Peruda 6,1 bal maqnitudada zəlzələ baş verib
Peruda 6,1 bal maqnitudada zəlzələ baş verib.
Demedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 20 min nəfər əhalisi olan El-Pedreqal şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 94 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.