24-cü mərtəbədən yıxılaraq yerindəcə keçindi



 14:45 22.12.2023     272

Uşaqları şənləndirən Şaxta Baba faciəli şəkildə ölüb.

Demedia.az xəbər verir ki, Rusiyanın Çelyabinsk şəhərində Şaxta baba paltarı geyinmiş şəxs hündürmərtəbəli binanın eyvanından yıxılıb.

O, həyətdə uşaqlar üçün təşkil edilən şənlikdə möhtəşəm çıxış edib. Lakin tamaşa faciə ilə bitib.

Həmin şəxsin binanın 24-cü mərtəbəsindən yıxılaraq yerindəcə keçindiyi bildirilir.