NATO-nun Baş katibi: "Rusiya Ukraynada ciddi müdafiə xətləri yaradıb"



 21:04 22.12.2023     513

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynada ciddi müdafiə xətləri yaratdığını bildirib.

Demedia.az xəbər verir ki, o, bu barədə Almaniyanın DPA agentliyinə müsahibəsində danışıb.

Y.Stoltenberq söyləyib ki, müdafiə xətləri kifayət qədər möhkəmdir: “Rusiya ordusunun həqiqətən möhkəmlənməyə, nəhəng mina sahələri, səngərlər yaratmağa vaxtı olub”.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq daha əvvəl Rusiyanın məqsədlərinə çata bilməyəcəyini iddia edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.