Gürcüstanda güclü zəlzələ oldu
Bu gün səhər saatlarında Gürcüstanın şərqində 4,4 maqnitudalı zəlzələ olub.
Demedia.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Yeraltı təkanlar ölkənin Kaxeti bölgəsində qeydə alınıb.
Zəlzələnin dərinliyi 15 kilometrdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.