İran Rusiyaya nota verdi



 10:30 25.12.2023     219

Rusiyanın Tehrandakı müvəqqəti işlər üzrə müvəkkilini çərşənbə günü Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun (RƏƏF) VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, etiraz notası forumun bəyanatında İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsi olan Fars körfəzindəki üç adanın mülkiyyət məsələsinə toxunulduğu üçün verilib.

Halbuki, forumun sessiyasında iştirak edən Rusiya və ərəb ölkələrinin xarici işlər nazirləri xüsusilə Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllinə nail olmaq üçün irəli sürülən təşəbbüslər və səylərə dəstəyi vurğulayıblar.
Verilən məlumata görə, Tehrandakı diplomatik nümayəndəliyin rəhbəri Aleksey Dedov hazırda ölkədən kənardadır. Səfir olmadığı müddətdə onun vəzifələrini İranın Xarici İşlər Nazirliyinə çağırılan nazir-müşaviri Rafael Gevorqyan yerinə yetirir.(oxu.az)