Ermənistan destruktiv fəaliyyətə son qoymalıdır - İCMA



 19:20 25.12.2023     145

Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır.

Demedia.az  xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyi iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam edir:

“Azərbaycanı “etnik təmizləmə”də günahlandıran Ermənistan xarici işlər nazirinin müavini “erməni mədəni irsi” ilə bağlı Qarabağa UNESCO missiyasının göndərilməsinə dair çağırış edib. Əvvəlcə vurğulamaq istərdik ki, təxminən 30 illik bir dövrdə işğal edilmiş torpaqlarda Azərbaycan xalqının mədəni irsini dağıdan, təhqir edən və UNESCO missiyasının həmin ərazilərə göndərilməsinə mane olan Ermənistan olub”.

“UNESCO-nun faktaraşdırıcı missiyası əsrlər boyu Azərbaycan xalqının yaratdığı zəngin mədəni irsin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir. Qərbi Azərbaycan İcması bu məsələni dəfələrlə qaldırıb. Lakin Ermənistan nəinki UNESCO missiyasına imkan vermir, hətta Azərbaycan xalqının mədəni irsinin mövcudluğunu belə danır. Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır”, - bəyanatda vurğulanıb.