İsrailli generaldan etiraf: müharibədə məğlub olduq
İsrailin keçmiş Baş Qərargah rəisi, general Dan Halutz HƏMAS-la müharibədə uduzduğunu vurğulayıb.
Demedia.az xəbər verir ki, o qələbə əldə etməyin yeganə yolunun Netanyahunun vəzifədən getməsi ilə mümkün olacağını bildirib.
Qeyd edək ki, Qəzzaya hücumlar bitdikdən sonra İsraildə növbədənkənar seçkilərin keçiriləcəyi hesab olunur. İctimai rəy sorğularına görə, mümkün erkən seçkilərdə Netanyahunun kreslosunu itirəcəyi gözlənilir.