İran XİN rəhbəri: “2024-cü ilin əvvəlində Ermənistanın Təbrizdə baş konsulluğu açıla bilər”



 18:00 27.12.2023     293

Ermənistanın Təbrizdəki baş konsulluğu 2024-cü ilin əvvəlində açıla bilər.

Demedia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdallahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

"Ümid edirik ki, yeni ilin ilk günlərində həmkarımla mən Təbrizdə baş konsulluğu açacağıq", - Abdullahian vurğulayıb.

Nazir qeyd edib ki, İran tərəfi bu gün Ermənistanın Təbrizdə baş konsulluğunun açılmasına razılıq verib.