BMT şəhərlərə hücum etməməyə çağırdı



 09:07 31.12.2023     405

BMT baş katibinin köməkçisi Xalid Hiari Təhlükəsizlik Şurasının Belqorodla bağlı keçirilən iclasında münaqişə tərəflərini insanların məskunlaşdığı ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.

Bu barədə Demedia.az-a Rusiya mətbuatına istinadən xəbər verir.

“Biz həm Ukraynada, həm də Rusiyada şəhər, qəsəbə və kəndlərə edilən bütün hücumları birmənalı şəkildə pisləyirik”, - deyə o bildirib.

Hiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur: “Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”.