ABŞ-nin Suriyadakı hərbi bazası hücuma məruz qaldı
Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində ABŞ hərbi bazası dronla hücuma uğrayıb.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
“Rumeylandakı Amerika hərbi bazasına dron hücum edib”, – telekanal bildirib.
Qeyd edək ki, ümumilikdə ABŞ-nin Suriyadakı 24 hərbi bazası və dörd məntəqəsi var.