İraqın şimalında iki terrorçu zərərsizləşdirildi



 18:53 31.12.2023     347

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın iki terrorçusu zərərsizləşdirilib.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK terror təşkilatına qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat bölgəsində müəyyən edilən PKK-nın iki terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – müdafiə qurumu diqqətə çatdırıb.