Məşhur "Times" meydanında Yeni il böyük coşqu ilə qarşılanıb



 14:50 01.01.2024     281

ABŞ-də Yeni ilin qeyd olunduğu simvolik məkanlardan biri olan "Times" meydanına toplaşan yüz minlərlə turist və yerli sakinlər 2024-cü ili həyəcanla və coşqu ilə qarşılayıblar.

Metbuat.az Report-a isrinadən xəbər verir ki, gün ərzində meydanda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb və ərazidə polis tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Meydanda səhər saatlarından etibarən məşhur müğənni və qrupların konsertləri və səhnə şouları təşkil olunub.

Hər il olduğu kimi, bu il də meydanda ənənəvi olaraq "Ball Drop" mərasimi keçirilib. Belə ki, yerli vaxtla saat 23:59-da işıqlarla bəzədilmiş meydanda bir binanın üstündə yerləşdirilmiş kristal topun düyməsi basılıb və gözoxşayan 12 000 funt sterlinqlik top 60 saniyə ərzində 21 metrlik dirəkdən yerə buraxılıb.

1907-ci ildən bəri hər Yeni il gecəsi unudulmaz əyləncəyə çevrilən və dünyanın dörd bir yanından insanların böyük həyəcanla izlədiyi "Ball Drop" mərasimi bu il xüsusi coşqu ilə izlənilib.

Yeni ilin gəlişi münasibətilə meydanda böyük atəşfəşanlıq şousu da təşkil olunub, rəngarəng işıqlar bütün şəhəri işıqlandırıb.

Meydandakı bayram şənliyi yerli televizyalar vasitəsilə canlı yayımlanıb.