İsrail qoşunlarının bir hissəsini Qəzzadan çıxarır
İsrail qoşunlarının bir hissəsini Qəzzadan çıxarır.
Demedia.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
İsrail Müdafiə Ordusundan isə bildirilib ki, HƏMAS-a qarşı müharibə 2024-cü ildə də davam edəcək.
Qeyd olunub ki, İsrail ordusu hərbi kampaniyanın sürətindəki dəyişiklikləri nəzərə alaraq uzunmüddətli döyüşlərə hazırdır.
Xatırladaq ki, İsrail ordusu ilə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb.