Cənubi Koreya Kim Çen Inın təhdidlərinə hərbi təlimlərlə cavab verib



 17:05 02.01.2024     289

“Koreya Respublikası Koreya Xalq Demokratik Respublikasına (KXDR) hiss etdirməlidir ki, onun ehtiyatsız davranışı özünü məhv etmək üçün müqəddimə olacaq”.

Demedia.az “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von Sik bildirib.

Nazir bildirib ki, Cənubi Koreyanı barışıq və birləşmə üçün tərəfdaş kimi qəbul etmək səhvdir.

“Biz KXDR-ə bütün qəlbimizlə hiss etdirməliyik ki, Koreya Respublikasını təhdid edən ehtiyatsız təxribatçı davranış tezliklə məhvə aparan müqəddimə olacaq. Bu ağır təhlükəsizlik şəraitində silahlı qüvvələr düşməni məğlub etmək üçün hazırlığını gücləndirməlidir. Yalnız qüdrətli bir qüvvə həqiqi sülhü qoruya bilər, sözlər, kağızlar və ya həyasız aldatmacalar deyil”.

Nazirin çıxışından sonra artilleriya təlimləri keçirilib. Piyada diviziyasının 3-cü artilleriya briqadasının 330-a yaxın əsgəri cəbhə xəttinin mərkəzi hissəsindəki poliqonda təlimlər zamanı 150-yə yaxın artilleriya atəşi açıb.