Ərzaq məhsulları kəskin bahalaşıb



 13:15 03.01.2024     321

Fransada son il yarım ərzində ərzaq qiymətlərində kəskin artım olub.

"Report" "Insee" milli statistika institutuna istinadən xəbər verir ki, ölkədə 2022-ci ilin yanvarından 2023-cü ilin avqustuna qədər ərzaq qiymətləri 17,9 % artıb. Xüsusilə çörəyin, ətin və südün qiyməti kəskin bahalaşıb.

"E.Leclerc" supermarketlər şəbəkəsinin rəhbəri Mişel-Eduard Leklerkin sözlərinə görə, yaxın gələcəkdə ərzaq qiymətləri 6-8 % artmaqda davam edə bilər. Belə ki, istehsalçı şirkətlər istehsal xərclərinin artmasına işarə edir ki, bu da qiymətlərin yüksəlməsini zəruri edir.

Qeyd edək ki, aparıcı Avropa ölkələrində ÜDM-in azalması fonunda qiymət artımı qitə iqtisadiyyatının üzləşdiyi çətinliklərdən xəbər verir.