Amerika prezidentin reytinqləri düşməyə davam edir
ABŞ-ın hazırkı prezidenti Co Bayden seçicilərin dəstəyini itirməyə davam edir.
Demedia.az xəbər verir ki, bu barədə "USA Today" Saffolk Universitetinin apardığı sorğuya istinadən məlumat yayıb.
Sorğu göstərib ki, qaradərili seçicilər arasında Baydenin dəstəyi 2020-ci ildə keçirilən prezident seçkilərində zamanı həmin qrup arasında 92%-dən 63%-ə düşüb. Latın amerikalılar arasında dəstək 59%-dən 34%-ə enib. Bayden həmçinin 35 yaşdan kiçik seçicilər arasında 37%-33% göstərici ilə potensial rəqibi olan keçmiş prezident Donald Trampı geridə qoyub.
"Bayden üçün müsbət tərəfi odur ki, sorğuda itirilmiş dəstəyin əksəriyyəti üçüncü tərəf namizədlərə gedir, Trampa deyil. Lakin yenə də Trampa dəstək verənlər çoxluq təşkil edir", - nəticələrdə qeyd olunub.
Xatırladaq ki, "Fox News" kanalının tərtib etdiyi siyahıya əsasən ABŞ-ın hazırkı prezidenti Co Bayden ilin ən uğursuz siyasətçilərindən biri seçilib.