Bu ölkədə 5,9 maqnitudalı zəlzələ baş verib



 23:00 03.01.2024     244

Əfqanıstanda 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 835 km cənub-qərbdə Əfqanıstan ərazisində yerləşib.

Dağıntı və itki barədə hələlik məlumat yoxdur.