İsrail HƏMAS-ın Beyrutdakı qərargahına zərbələr endirdi
İsrail Fələstinin HƏMAS hərəkatının Beyrutdakı qərargahına pilotsuz uçuş aparatları ilə deyil, döyüş təyyarələri ilə hücum edib.
Demedia.az xəbər verir ki, bu barədə TASS təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir.
Qeyd edilir ki, bu, Livan hakimiyyətinin apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib.
Hücum paytaxtın cənub kənarındakı Müşərrəfiyyə yaşayış məntəqəsində baş verib. Altı raket atılıb, onlardan ikisi partlamayıb. Mənbə bildirib ki, ekspertlər raketlərin dəqiqliyi və çəkisi əsasında zərbələrin pilotsuz təyyarələr deyil, hərbi təyyarələr tərəfindən həyata keçirildiyi qənaətinə gəliblər.