Ukrayna Krımı vurdu: 23 hərbçi öldü



 14:05 05.01.2024     274

Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiya ordusunun 23 hərbçisi ölüb.

Ölənlərdən 5-nin zabit olduğu bildirilib.

Həlak olanların sayının artacağı istisna deyil.

Ukrayna Silahlı Qüvvələrinin konkret olaraq hansı hədəfləri vurduğu açıqlanmayıb.