Yaponiyada vəziyyət necədir?
Yaponiyada artıq altı gündür davam edən zəlzələlər zamanı ölənlərin sayı artıb.
Demedia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 110-a çatıb.
Daha 516 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, Yaponiyada 2016-cı ildən bu yana ilk dəfə olaraq zəlzələ səbəbindən ölənlərin sayı 100-ü ötür.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.