Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Qətərdə səfərdədir



 09:12 08.01.2024     276

ABŞ dövlət katibi Antoni Blinken Qətərin paytaxtı Dohaya səfər edib.

Demedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qətər HƏMAS-ın girovlarını azad etmək üçün göstərilən səylərdə mühüm tərəfdaşdır. Blinken ABŞ və Qətər arasında möhkəm münasibətlərin nəticəsi olan kritik koordinasiya səylərini davam etdirmək üçün bu gün Dohadadır", - Miller qeyd edib.

Bundan əvvəl M.Miller brifinqdə bildirib ki, Blinken bir həftə ərzində Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək.