ABŞ-nin Suriyadakı hərbi bazasına 30 raket atılıb



 17:02 08.01.2024     275

Suriyada “Əl-Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ-nin hərbi bazası raket atəşinə tutulub.

Demedia.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

“Əl-Ömər” neft yatağındakı ABŞ-nin bazasına raket hücumu həyata keçirilib”, - məlumatda bildirilib.

Qeyd olunur ki, ABŞ bazasına 30 raket atılıb, buraxılış Suriyadan həyata keçirilib.