Yəhudi din xadimləri BMT TŞ-də aksiya keçiriblər
Bir qrup yahudi din xadimi (ravvin) BMT-nin Nyu-Yorkdakı qərargah binasında, Təhlükəsizlik Şurasının iclaslarının keçirildiyi zalda etiraz aksiyası keçirib.
Demedia.az Report-a istinadən xəbər verir ki, BMT-ni gəzmək üçün tur qeydiyyatdan keçən 30-dan çox ravvindən ibarət qrup səhər saatlarında təşkilatın binasına gəlib. Onlar Təhlükəsizlik Şurasının otağında heç bir iclasın keçirilməməsindən istifadə edərək, Qəzzada davam edən münaqişənin dayandırılması üçün atəşkəs çağırışı ilə etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları ictimai tədbirlər üçün qapalı olan otaqda yüksək səslə dualar oxuyub və atəşkəsə dəstək şüarları səsləndiriblər. Təhlükəsizlik xidmətinin əməkdaşları din xadimlərini BMT-nin binasından uzaqlaşdırıb.
Qrup daha sonra BMT-nin əsas qərargah binası qarşısına toplaşaraq, atəşkəs tələblərini təkrarlayıb.