Türkiyə Prezidenti: "Terrorçular artıq bizim üçün təhdid mənbəyi deyil"



 17:49 10.01.2024     291

Terrorçular artıq Türkiyə üçün təhdid mənbəyi deyil.

Demedia.az xəbər verir ki, bunu Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) qurulmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə terrorçulara qarşı mübarizəni uğurla davam etdirir: “Terrorçuların hücrələrinə daxil olmağa davam edirik. Bunun üçün həm də müasir texnologiyalardan, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) istifadə edirik”.

R.T.Ərdoğan söyləyib ki, demək olar hər gün müxtəlif terror təşkilatlarının rəhbər şəxsləri məhv edilir.