Antoni Blinken: "ABŞ Fələstin dövlətinin yaradılmasını dəstəkləyir"



 18:31 10.01.2024     300

ABŞ Fələstin dövlətinin yaradılması tədbirlərini dəstəkləyir.

Demedia.az AFP-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşdə deyib.

A.Blinken Vaşinqtonun Fələstin dövlətinin yaradılması üçün real tədbirləri dəstəklədiyini bir daha təsdiqləyib.

Xatırladaq ki, ABŞ-nin dövlət katibi yanvarın 4-dən Yaxın Şərq və bölgəyə qonşu ölkələrdə səfərdədir. O, Türkiyə, Yunanıstan, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və İsrailə səfər edib.

Məlumata görə, o, bu gün Bəhreynə əvvəlcədən elan olunmamış səfər edəcək.