Rusiyanın Belqorod vilayətinə zərbələr endirildi
Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə zərbələr endirib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, PUA-lar havada zərərsizləşdirilib.
Nazirlik hücumu terror aktı kimi qiymətləndirib.
Qeyd edək ki, Ukrayna sonuncu dəfə yanvarın 8-də Belqoroda zərbələr endirmişdi.