Qazaxıstan XİN: Tayvanı Çinin ayrılmaz hissəsi hesab edirik



 11:56 15.01.2024     279

Qazaxıstan “vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir.

Demedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin şərhində qeyd olunub.

“Tayvanda keçirilmiş seçkilərlə əlaqədar Qazaxıstan Respublikası “vahid Çin” prinsipini qətiyyətlə dəstəklədiyini bir daha bəyan edir və təsdiq edir ki, Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir”, – Mərkəzi Asiya ölkəsinin xarici siyasət idarəsi qeyd edib.

“Biz Çin Xalq Respublikası hökumətinin ölkənin sülh yolu ilə birləşməsinə nail olmaq üçün səylərini dəstəkləyirik”, – XİN əlavə edib.

Xatırladaq ki, yanvarın 13-də Tayvanda keçirilmiş “prezident və parlament seçkiləri” keçirilib. Adanın yeni lideri postuna mübarizədə Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Sinde qalib olub. 2020