Şimali Koreya XİN başçısı Rusiyada səfərdədir



 16:14 15.01.2024     305

Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xinin başçılıq etdiyi hökumət təmsilçilərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Onların Rusiya rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Tərəflərin Rusiya - Şimali Koreya əlaqələrinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər etmişdi. O, Rusiya Prezident Vladimir Putinlə Şərq kosmodromunda görüşüb danışıqlar aparmışdı.