Orban: "Aİ Ukraynaya büdcədənkənar mənbələrdən yardım etməlidir"



 11:19 17.01.2024     293

Avropa İttifaqı Ukraynaya büdcədənkənar mənbələrdən yardım etməlidir.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban slovakiyalı həmkarı Robert Fitso ilə Budapeştdə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Məncə, Ukraynaya Avropa İttifaqının düşüncəsində ziyan vermədən yardım etməliyik”, - o vurğulayıb.

Baş nazir həmçinin deyib ki, Ukraynaya maliyyə yardımı büdcədənkənar mənbələr vasitəsilə edilməlidir.