İtaliya İsrailə silah tədarükünü dayandırdı



 09:07 21.01.2024     424

2023-cü ilin oktyabrında Qəzzada münaqişənin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri Antonio Tayani bildirib.

“Oktyabrın 7-dən sonra biz daha İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur”, - A.Tayani deyib.

XİN rəhbəri bu bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verib.