İsrail ordusu İordan çayının qərb sahilində reyd keçirir



 11:25 21.01.2024     292

İsrailin silahlı qüvvələri İordan çayının qərb sahilində, Xevron şəhərində reydlər həyata keçirir.

Demedia.az-ın məlumatına görə, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin hərbi birləşmələri şəhərin rayonlarından birində yol qovşağında cəmləşib. Bundan əlavə, hərbi karvan şəhər istiqamətində hərəkət edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib, bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə nəticələnib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.