Zelenski: Ukraynanın NATO əsgərlərinə ehtiyacı yoxdur, sadəcə silah və texnologiya verin



 09:12 22.01.2024     299

Ukraynanın Rusiya işğalçıları ilə mübarizədə əcnəbi əsgərlərə ehtiyacı yoxdur. Ancaq müasir texnologiya və silah lazımdır.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski “Channel 4 News”a müsahibəsində deyib.

“NATO-da olmadığımıza görə bu haqda heç vaxt danışmamışam və buna heç bir haqqım yoxdur. Əsgərlərə ehtiyacımız yoxdur. Sözsüz, əsgərlərimizə Rusiyadakı kimi münasibət bəsləmək və fəlakətə yol açmış İkinci Dünya və ya Birinci Dünya müharibəsini gətirib çıxarmaq istəyiriksə... amma bu, texnologiya ilə əlaqəli fərqli savaşdır”, – dövlət başçısı söyləyib.

Prezident vurğulayıb ki, Qərb üçün ucuzu Kiyevə pul və silah verməkdir. Siyasətçinin fikrincə, Qərbdə Ukraynanın ehtiyacı olduğu hər şey var.

“Rusiyalılar hər yerdə ordudan istifadə etmədən energetikamıza qarşı savaşır, mən qurudakı ordunu nəzərdə tuturam. Onlar öz təyyarələrini və müxtəlif sistemlərini Rusiya ərazisindən, Belarusdan, işğal olunmuş Krımdan istifadə edirlər. Düşünürəm ki, dünya üçün bizə belə sistemləri vermək daha ucuz olardı, xüsusən də onların mövcudluğunu biliriksə”, – Zelenski qeyd edib.