Yeni Zelandiyada zəlzələ oldu



 12:08 24.01.2021     201

Yeni Zelandiya sahillərində 5.8 bal gücündə zəlzələ baş verib.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Blaff şəhərindən 680 km cənub-qərbdə və Dunedin şəfərindən 851 km məsafədə yerin 2 km dərinliyində qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.