Tramp bu ştatda ilkin seçkilərdə qalib gəldi: Tərəfdarları təzyiq edir ki...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkiləri üçün Nyu-Hempşir ştatında keçirilən Respublikaçılar Partiyasının praymerizində qalib gəlib.
Demedia.az xəbər verir ki, Nyu-Hempşirdə Respublikaçı namizədlər arasında keçirilən ilkin prezident seçkilərində səsvermə qutularının 84 faizinin açıldığı bildirilib.
"Associated Press" xəbər agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə görə, Tramp ikinci dəfə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylidən daha çox səs toplaya bilib.
Tramp bu ştatda ən azı 54,6 faiz səs toplayaraq qalib olub. Heyli isə ən güclü dəstəyə malik olduğu ştatda 43,5 faiz səs toplaya bilib.
Trampın tərəfdarları Heylinin yarışı tərk etməsi üçün təzyiqləri artırıb. Qadın siyasətçi isə kampaniyanı davam etdirəcəyini bəyan edib:
“Bu yarış hələ bitməyib. Qarşıda onlarla ştat var”.