Çin və ABŞ rəsmiləri Tailandda görüşəcək



 10:18 26.01.2024     302

Çinin xarici işlər naziri Van İ Tailanda səfər edəcək və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşlərin yeni mərhələsini keçirəcək.

Demedia.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

Onun sözlərinə görə, Çin XİN başçısı yanvarın 26-dan 29-dək Tailandda səfərdə olacaq.

Xatırladaq ki, daha əvvəl Van İ və Ceyk Sallivan arasında gözlənilən görüş Ağ Ev tərəfindən təsdiqlənmişdi.