İzmirdə güclü zəlzələ oldu
Türkiyənin İzmir şəhərinin Menderes rayonunda 5.1 maqnituda gücündə zəlzələ olub.
Demedia.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Ege dənizində qeydə alınıb.
Təbii fəlakətin nəticələri barədə hələ ki, məlumat yoxdur.