Ukraynalı general: "Rusiya hücumlarını gücləndirib"
Rusiya hücumlarını gücləndirib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski teleqramda yazıb.
O bildirib ki, qarşı tərəf xüsusilə Tavriya rayonu istiqamətində hücumları instensivləşdirib: “Ukrayna Silahlı Qüvvələrinin artıq iki gün ardıcıl şəkildə düşmənlə 50 toqquşması olub”.
Generalın sözlərinə görə, Rusiya son 1 həftə ərzində bu istiqamətdə 100 hava zərbəsi endirib.