İstanbulda kilsəyə hücum edənlər... - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib.
"Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq", - Ərdoğan bildirib.