İordaniya öz ərazisində ABŞ hərbi bazasına PUA ilə hücum edilməsini təkzib edib
İordaniya hökumətinin sözçüsü və rabitə naziri Muhannad əl-Mubadin ABŞ prezidenti Cozef Baydenin krallıq ərazisində Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.
Demedia.az xəbər verir ki, bu barədə İordaniyanın “Al Mamlaka” telekanalı məlumat yayıb.
Nazir bildirib ki, hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir:
“Suriyanın Əl-Tanf şəhərində, İordaniyanın sərhədi yaxınlığında yerləşən ABŞ hərbi bazası hücuma məruz qalıb”.