Ağ Ev: “Amerika İsrail siyasətində heç bir dəyişiklik etməyib”



 09:12 29.01.2024     261

“Amerika administrasiyası İsrail siyasətində heç bir dəyişiklik etməyib”.

Demedia.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəsmisi bildirib.

Qeyd olunub ki, İsrailin beynəlxalq humanitar hüquqa riayət etməklə və mülki şəxslərin həyatını qorumaqla HƏMAS təhlükəsindən özünü müdafiə etmək hüququ və öhdəliyi var:

“Biz HƏMAS-a qarşı mübarizədə İsraili dəstəkləməkdə sadiqik. Biz bunu oktyabrın 7-dən edirik və davam etdirəcəyik. Siyasətimizdə heç bir dəyişiklik olmayıb”-deyə, məlumatda vurğulanıb.