Ərdoğan uzun illərdən sonra bu ölkəyə gedir



 19:46 31.01.2024     185

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan on ildən çoxdur kəsilən əlaqələri bərpa etmək məqsədilə gələn ay Misirə səfər edəcək.

Demedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə tanış olan türk rəsmilərə istinadən məlumat yayıb.

Agentlik yazır ki, Ərdoğan və Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında keçiriləcək danışıqlarda əsas diqqətin Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara yönələcəyi gözlənilir.